Bakıda iqtidar-müxalifət görüşü başladı


11:24     11 Sentyabr 2019 2019/09/71102-1568185956_1568186792.jpg

Bakıda “Siyasi partiyalar siyasi proseslərə xarici müdaxilə cəhdlərinə qarşı” mövzusunda dəyirmi masa keçirilir.


Femida.az xəbər verir ki, tədbirdə hakim Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, AĞ Partiyanın sədri Tural Abbaslı, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Azərbaycan Milli İstiqlal Partiyasının sədr əvəzi Arzuxan Əlizadə, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, həmçinin media və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edirlər.

Qeyd edək ki, Müsavat Partiyasının başqanı Arif Hacılıya dəvət göndərilsə də, o, dəyirmi masaya qatılmayıb.

Açar sözlər:

Oxunub: 978