Gədəbəydə 7 otaqlı evdə yanğın olub


11:36     11 Sentyabr 2019 19_09_11_1568187416.jpg

Gədəbəydə 7 otaqlı evdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Femida.az-a verilən məlumata görə, rayonun Qaradağ kəndində ümumi sahəsi 300 m² olan ikimərtəbəli 7 otaqlı evin ikinci mərtəbəsində 1 otağın tavanı 40 m² və dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Açar sözlər:

Oxunub: 458