Nazir 6 şöbə müdirini işdən çıxardı - Səbəb


12:29     11 Sentyabr 2019 2018/04/ceyhun-bayramov_1524644015.jpg

"Bu il ərzində işlərində yol verdikləri nöqsanlara görə, 6 rayonun təhsil şöbəsinin rəhbəri vəzifəsindən kənarlaşdırılıb. Eyni zamanda, 10 nəfər rayon təhsil şöbəsinin rəhbəri və 3 nəfər ərazi maliyyə hesablaşma mərkəzinin rəhbəri barəsində intizam tədbirləri tədbiq edilib".


Femida.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov təhsil işçilərinin respublika konfransında çıxışı zamanı deyib. Nazir bildirib ki, 8 nəfər məktəb direktoru, 6 nəfər direktor müavininin əmək müqaviləsinə xitam verilib, 29 nəfər direktor və 37 nəfər direktor müavini barəsində intizam tədbirləri görülüb.

"Müşahidələrimiz onu göstərir ki, bəzi hallarda qəbul edilən normativ qaydalar yerlərdə tam şəkildə icra edilmir. Təhsil sistemində hər şeyin elektron qaydada aparılması neqativ halların sayını azaltsa da, il ərzində keçirilən nəzarət tədbirləri zamanı bir sıra neqativ halların hələ də mövcud olması öz təsdiqini tapıb".



C.Bayramovun sözlərinə görə, 80 nəfər məktəb direktorunun əmək müqaviləsinin uzadılmaması barədə qərar qəbul edilib: "Buna səbəb onların nəticələrinin davamlı şəkildə aşağı olmasıdır. 7 hal üzrə materiallar toplanaraq hüquqi qiymət verilməsi üzrə aidiyyəti qurumlara göndərilib. Fikrimcə, bu məsələrə ciddi yanaşmalıyıq. Nöqsanlara yol verən şəxslər öz cəzalarını alacaqlar".


Femida.az

Açar sözlər:

Oxunub: 493