Niyə ağlına gələn bəyanatlarla çıxış edirsən? - Əli Əhmədovdan Sərdar Cəlaloğluna

"Niyə ağlına gələn bəyanatlarla çıxış edirsən?" - Əli Əhmədovdan Sərdar Cəlaloğluna


12:40     11 Sentyabr 2019 2019/09/71213-1568191046_1568191687.jpg

"Heç bir təşkilat hansısa ölkənin daxili işinə qarışa bilməz. Onlar müşahidə apara bilərlər. Kiminsə seçilməsi ilə bağlı məsələni ortaya qoya bilməzlər"


Femida.az-ın AzVision.az-a istinadən verdiyi məlumata görə, bunu hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov Bakıda siyasi partiya nümayəndələrinin iştirakı ilə keçirilən “Siyasi partiyalar siyasi proseslərə xarici müdaxilə cəhdlərinə qarşı” dəyirmi masada bəzi müxalifət partiyalarının ittihamlarına cavab verərkən deyib.

Ə.Əhmədov Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun Prezident İlham Əliyevin Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə görüşü barədə səsləndirdiyi fikirlərə cavab olaraq bildirib: "Patruşevlə danışıqlarda sən Sərdar Cəlaloğlu iştirakmı etmisən ki?! Bilmədiyin halda niyə ağlına gələn bəyanatlarla çıxış edirsən?! Bizdə də "Dostluq" ordeni var. Rusiyada da həmçinin bu ənənə mövcuddur. Bu torpağın qorunmasına və müdafiə olunmasına görə deyil, sadəcə dövlətlər və ölkələrarası münasibətlərə töhfə verildiyinə görə verilir. Qeyri-ciddi fikirlər deməklə mətbuatı çaşdırmaq lazım deyil. Biz burada dedi-qodu ilə məşğul olmamalıyıq. Halbuki, müzakirə mövzusu başqadır. Etiraf etmək lazımdır ki, Azərbaycanın hansısa səviyyəyə qalxdığını hər kəs yaxşı bilir. 20 il əvvəlki Azərbaycan indiki kimi idi?!".

Femida.az

Açar sözlər:

Oxunub: 214