Arda Turan həbs edildi - VİDEO


13:31     11 Sentyabr 2019 19_09_11_1568194347.jpg

Ötən il gecə klubunda müğənni Berkay Şahinin burnunu qıran və daha sonra xəstəxanaya hücum edərək silahla havaya atəş açan Arda Turanla bağlı məhkəmə qərar verib.

Femida.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məhkəmə Türkiyə millisinin sabiq üzvünə 3 ayrı maddə ilə 2 il 8 ay 15 gün həbs cəzası verib. Məhkəmə qərarının elan olunması başqa vaxta saxlanılıb.
Məhkəmə Arda Turana cinsi təcavüz ittihamından bəraət verib. Ona icazəsiz silah gəzdirmək, qəsdən sağlamlığa xəsarət yetirmək və ictimai yerdə silahdan atəş açmaq ittihamları ilə cəza verilib.



Açar sözlər:

Oxunub: 1224