Nazirlik şəhidlərin məktəbli övladlarını ziyarət edib
15:37 11 Sentyabr 2019
Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin nümayəndələri Vətən uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərin əziz xatirəsini yad ediblər.
Nazirlikdən Femida.az-a verilən məlumata görə, Bakıda yaşayan şəhid ailələri ziyarət edilərək, şəhidlərin məktəbli övladlarına məktəbli çantası və dərs ləvazimatları hədiyyə olunub.
Nazirliyin və İctimai Birliyin nümayəndələri məktəbliləri qarşıdan gələn Bilik Günü münasibətilə təbrik edib, onlara dərslərində uğurlar diləyiblər.
Şəhid ailələri göstərilən diqqətə görə təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, bölgələrdə yaşayan şəhid övladlarına isə hədiyyələr “Azərpoçt” MMC tərəfindən çatdırılıb.
Femida.az
Oxunub: 470
Oxşar xəbərlər
- Nazirlik ölkədən çıxışına qadağa qoyulan teatr direktoru ilə bağlı araşdırma aparır
- Nazirlik “Buta” klinikasının fəaliyyətini dayandırıb
- Nazirlik bəstəkar-müğənninin bağ evində aşkarlanan ayı balası ilə bağlı məlumat yayıb
- Nazirlik rayon təhsil şöbələrinin gələcək fəaliyyətinə aydınlıq gətirib
- Nazirlik xaricdə təhsil alan həkimlərin aksiyasına münasibət bildirib
- Nazirlik “Omikron”dan qorunmaq üçün əhaliyə tövsiyə verib
- Nazirlik təhrif olunmuş xəritələrlə bağlı tədbirlər planı hazırlayıb
- Nazirlik vəfat edən şəxsin topladığı pensiya kapitalının taleyinə aydınlıq gətirib
- Nazirlikdən əhaliyə HAVA XƏBƏRDARLIĞI
- Nazirlik zəif anemiyası olan uşaqlara peyvənd vurulmasını tövsiyə edib