Azərbaycanda bal idxalına məhdudiyyətlər qoyula bilər
15:56 11 Sentyabr 2019

Azərbaycan Arıçılar Assosiasiyası ölkəyə bal idxalına məhdudiyyətlərin tətbiq edilməsinə dair ölkə rəhbərliyinə məktub ünvanlayıb.
Bunu Femida.az-a Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov deyib.
Onun sözlərinə görə, bununla bağlı müvafiq tədbirlərin tətbiqi ölkədə bal istehsalının sürətlə artacağına şərait yaradacaq.
“Dünyada belə bir praktika mövcuddur. Məsələn, Türkiyə idxala məhdudiyyət tətbiq etdikdən sonda bu sahəni sürətlə inkişaf etdirə bildi. Eyni praktika İsraildə də tətbiq olunub, bu ölkə hazırda bal ixrac edən ölkəyə çevrilib”, - deyə B. Həsrətov qeyd edib.
Assosiasiyasının sədri əlavə edib ki, Azərbaycanda ixrac potensialı mövcuddur, lakin burada söhbət daha çox premium məhsulların ixracından gedir.
“Azərbaycan balı, məsələn, Ukraynanın günəbaxan, yonca və qarabaşaq balı ilə müqayisə oluna bilmədiyi üçün qiymət baxımından da yanaşı tutula bilməz. Belə ki, Ukrayna balı kütləvi istehsal olduğuna və daha aşağı tərkibli sıradan bal sayıldığından dünya bazarına aşağı qiymətlə çıxarılır. Dünya bazarında isə iki qiymət mövcuddur – sıradan olan balların qiyməti, hansıların ki, 1 kiloqramı 10-20 ABŞ dolları təşkil edir, bir də 100-150 dollardan başlayan qiymətlə premium məhsulu. Azərbaycan balı məhz premium kateqoriyaya daxil olan məhsuldur. Sadəcə olaraq yerli məhsulu dünyada tanıtdırmağa ehtiyac var. Digər tərəfdən, ən əsas məqamlardan biri də istehsalçılarda orqanik sertifikatın olmasıdır ki, bu, yerli məhsulun istənilən bazara daxil olmasına yol aça bilər”, - deyə B. Həsrətov qeyd edib.
Femida.az
Oxunub: 270
Oxşar xəbərlər
- Azərbaycanda kişi ölümlə hədələndi, sonra körpəsi öldü
- Azərbaycanda meşədən asılmış qadın meyiti tapılıb
- Azərbaycanda yeni medal təsis olunub
- Azərbaycanda iki qanun ləğv edilib
- Azərbaycanda məhkəmə hakimi dünyasını dəyişdi
- Azərbaycandan humanist addım: Zəlzələdən əziyyət çəkən ölkəyə yardım edildi
- Azərbaycanda ilk dəfə Elektron Məhkəmənin mobil versiyası təqdim olunub
- Azərbaycanda Məhkəmə Ekspertlərinin Reyestri yaradılacaq
- Azərbaycanda prokuror vəfat edib
- Azərbaycanda yeni vəkil büroları təsis edildi