Türkiyə XİN-dən Qarabağla bağlı önəmli açıqlama
16:22 11 Sentyabr 2019

Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ və onun ətraf bölgələrini işğalda saxlaması Cənubi Qafqazda regional sabitliyin və inkişafın qarşısını alan ən böyük çətinlikdir.
Türkiyənin Xarici İşlər Nazirlindən Femida.az -a verilən açıqlamada bildirilib ki, Türkiyə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, beynəlxalq hüquq və BMT-nin qətnamələri çərçivəsində, sülh şəraitində və ATƏT-in Minsk qrupunun fəaliyyəti çərçivəsində həll edilməsini dəstəkləyir.
Qeyd olunub ki, Türkiyə tərəfi Ermənistanın qanunsuz olaraq işğal etdiyi Dağlıq Qarabağ bölgəsində 2019-cu ilin 8 sentyabr tarixində keçirilən “yerli özünüidarəetmə seçkilərini” tanımır: "Ermənistanın beynəlxalq hüquqa zidd olan status-kvonu saxlamaq cəhdləri keçmişdə olduğu kimi, bu gün də qəbul edilməzdir və bütün bunların sülh danışıqlarına fayda verməyəcəyini açıq şəkildə ifadə edirik".
Oxunub: 257
Oxşar xəbərlər
- Türkiyə nümayəndə heyəti Daxili İşlər Nazirliyində - FOTO
- Türkiyənin Diyanət İşləri Başqanından Prezidentə məktub
- Türkiyədə Ordu Generalı vəfat etdi
- Türkiyədə Əhməd bəy Ağaoğlunun xatirəsi yad edildi
- Türkiyədə ev alan azərbaycanlıların sayı azalıb
- Türkiyə-İran sərhədində zəlzələ olub
- Türkiyə yenidən silkələndi
- Türkiyədə bu il 457 terrorçu zərərsizləşdirilib
- Türkiyə “S-400”lərdən imtina etməyəcək - Ərdoğan
- Türkiyədə “Kıran 6” antiterror əməliyyatı başlayıb