Türkiyə XİN-dən Qarabağla bağlı önəmli açıqlama


16:22     11 Sentyabr 2019 19_09_11_1568203331.jpg

Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ və onun ətraf bölgələrini işğalda saxlaması Cənubi Qafqazda regional sabitliyin və inkişafın qarşısını alan ən böyük çətinlikdir.
Türkiyənin Xarici İşlər Nazirlindən Femida.az -a verilən açıqlamada bildirilib ki, Türkiyə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, beynəlxalq hüquq və BMT-nin qətnamələri çərçivəsində, sülh şəraitində və ATƏT-in Minsk qrupunun fəaliyyəti çərçivəsində həll edilməsini dəstəkləyir.

Qeyd olunub ki, Türkiyə tərəfi Ermənistanın qanunsuz olaraq işğal etdiyi Dağlıq Qarabağ bölgəsində 2019-cu ilin 8 sentyabr tarixində keçirilən “yerli özünüidarəetmə seçkilərini” tanımır: "Ermənistanın beynəlxalq hüquqa zidd olan status-kvonu saxlamaq cəhdləri keçmişdə olduğu kimi, bu gün də qəbul edilməzdir və bütün bunların sülh danışıqlarına fayda verməyəcəyini açıq şəkildə ifadə edirik".

Açar sözlər:

Oxunub: 471