Baş Prokurorluq Gəncə sakininin 22 nəfər tərəfindən döyülərək öldürülməsi barədə məlumatları təkzib edib


16:45     11 Sentyabr 2019 bash%20prokurorluq.jpg

Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə Gəncə şəhər sakini Əli Əliyevin guya 22 nəfər tərəfindən döyülərək qətlə yetirilməsi barədə yayılmış məlumatlar həqiqətə uyğun olmadığından Baş Prokurorluq tərəfindən təkzib edilir.



Bu barədə Femida.az-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Məlumatda qeyd olunur ki, 15 aprel 2015-ci il tarixdə Gəncə şəhər sakini Əli Əliyev qonşusu Sona Qəhrəmanini gecə saatlarında bıçaqla hədələyib həyətlərindən oğurlayaraq 3 gün ərzində dəfələrlə zorlayıb, zor tətbiq etməklə seksual xarakterli zorakılıq hərəkətləri edərək mobil telefonla video çəkilişini aparıb.

18 aprel 2015-ci il tarixdə Sona Qəhrəmaninin qardaşı Yaqub Qəhrəmani və əmisi Əli Qəhrəmani Gəncə şəhəri ərazisində Əli Əliyevdən qisas almaq məqsədi ilə onu qətlə yetiriblər.

Gəncə Ağır Cinayətlər məhkəməsinin 26 fevral 2016-ci il tarixli hökmünə əsasən Y.Qəhramani 17 il 6 ay, Ə.Qəhrəmani isə 17 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunublar.

Femida.az

Açar sözlər:

Oxunub: 482