Ombudsman Dağlıq Qarabağla bağlı Avropa Şurasına çağırış edib
16:40 11 Sentyabr 2019

“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Avropa Şurasının qərarlarının icrası istiqamətində daha konkret addımlar görmək istərdik”.
Femida.az-ın xəbərinə görə, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova Bakıda keçirilən Avropa Şurasının 70 illik yubileyi münasibətilə keçirilən "Hüquqlarımız, azadlıqlarımız, Avropamız" konfransında deyib.
"Dağlıq Qarabağ münaqişəsinin həllində Avropa Şurasının strukturlarının qərarların icrası üçün daha konkret planlar görmək istərdim. Çünki sülh olmadan davamlı inkişaf da olmaz”, - E. Süleymanova bildirib.
O, həmçinin AŞPA-nın BMT TŞ-nin 4 qətnaməsinə istinad edən 1416 saylı qətnaməsini xatırladıb.
Ombudsman qeyd edib ki, Azərbaycanın Avropa Şurasının insan hüquqları ilə bağlı sənədlərinə qoşulması milli qanunvericiliyin təkmilləşdirilməsində vacib rol oynayıb.
Femida.az
Oxunub: 248
Oxşar xəbərlər
- Ombudsman Türkiyənin Azərbaycandakı səfirini qəbul edib
- Ombudsman Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə tədbir keçirdi
- Ombudsman Baş prokurora müraciət etdi
- Ombudsman Aparatının əməkdaşı BMT-nin Biznes və İnsan Hüquqları üzrə Forumunun sessiyasında iştirak edib
- Ombudsman vəzifəsinə namizədlik məsələsinin müzakirəyə çıxarılacaq - Vaxt açıqlandı
- Ombudsman: "Məlumatlıyam, rahat olun"
- Ombudsman aparatından qəfil YOXLAMA
- Ombudsman vəzifədən getməsindən DANIŞDI: qərar gözləyirəm
- Ombudsman nümayəndələri Tofiq Yaqublu ilə görüşdü
- Ombudsmandan gənclərə çağırış - Narkotiklə bağlı