Xüsusi amansızlıqla qətl törətmiş şəxsə hökm oxunub
18:15 11 Sentyabr 2019
Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla qətl törətməkdə təqsirləndirilən Ruslan İlyasovun cinayət işi üzrə proses başa çatıb
.
Femida.az-ın məlumatın görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, R.İlyasov 18 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, bu ilin aprel ayında Mərdəkan qəsəbəsində yerləşən bağ evində 46 yaşlı R.İlyasov bağban işlədiyi bağ evinin sahibi Musayev Sergey Anatolyeviçi qətlə yetirib. Cinayətdə oraq və baltadan istifadə olunduğu müəyyən edilib.
Saxlanılan İlyasov dindirilən zaman Musayevi qısqanclıq zəminində qətlə yetirdiyini açıqlayıb. O bildirib ki, Musayevin onun həyat yoldaşına gözü düşüb və ona sataşıb.
Femida.az
Oxunub: 512
Oxşar xəbərlər
- Xüsusi Təyinatlı Qüvvələrin döyüş qabiliyyətini yüksəltmək üçün təlim keçirilir
- Xüsusi təyinatlıların təlimində qəzalar baş verdiyi halda meyitin geri göndərilməsi qaydası müəyyənləşir
- Xüsusi Təyinatlı Qüvvələrdə Zəfər Günü qeyd olunub - VİDEO
- Xüsusi təyinatlıların təliminə dair anlaşma memorandumu təsdiqlənib
- Xüsusi təyinatlılar “Üç qardaş - 2021” təlimində müxtəlif silahlardan atəş açıb - VİDEO
- Xüsusi təyinatlılara taktiki təlimlər keçirilib
- Xüsusi karantin rejimi ilə bağlı QƏRAR VERİLDİ
- Xüsusi karantin rejiminin müddəti 1 sentyabrdək uzadıldı
- Xüsusi Təyinatlı Qüvvələrin yaranmasından 22 il ötür
- Xüsusi karantin rejimində KİV-in fəaliyyətinə icazə verildi