Energetika naziri Barkindo və Novakla görüşüb


19:13     11 Sentyabr 2019 19_09_11_1568214854.jpg

Əbu-Dabidə səfərdə olan Energetika naziri Pərviz Şahbazov OPEC-in Baş katibi Məhəmməd Sanusi Barkindo və Rusiyanın Energetika naziri Aleksandr Novakla görüşüb.
Energetika Nazirliyindən Femida.az -a verilən məlumata görə, görüşlərdə dünya neft bazarının son vəziyyəti və inkişaf meylləri, neftin qiymətinə və neftə qlobal tələbatda artıma təsir edən faktorlar, OPEC+ ölkələri üzrə öhdəliklərin icra göstəriciləri və eləcə də bu format çərçivəsində Azərbaycanla əməkdaşlıq məsələləri müzakirə edilib.

Neft bazarında sabitliyin qərarlaşdığı vurğulanaraq bu prosesdə OPEC+ iştirakçılarının rolu yüksək qiymətləndirilib. OPEC+ əməkdaşlığı qiymət sabitliyinin davamlılığını təmin edə biləcək uğurlu və çevik tənzimləmə mexanizmi kimi qeyd olunub.

Açar sözlər:

Oxunub: 555