Gəncədə avtomobil işıq dirəyinə çırpılıb


19:25     11 Sentyabr 2019 19_09_11_1568214978.jpg

Gəncədə yol qəzası baş verib.

APA-nın yerli bürosnun məlumatına görə, hadisə Gəncə-Şəmkir yolunda qeydə alınıb. Belə ki, Rusiya Federasiyasına məxsus dövlət nömrə nişanlı KİA markalı minik maşını hərəkətdə olarkən idarəetmədən çıxıb. Nəticədə avtomobil yol kənarındakı işıq dirəyinə dəyərək, yolun əks tərəfinə keçib. Xəsarət alan olmasa da, avtomobil yararsız hala düşüb.

Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub.

İlkin ehtimallara görə, qəzaya yağışlı hava səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 235