Ərdoğanla Merkelin telefon danışığı oldu


19:32     11 Sentyabr 2019 19_09_11_1568215072.jpg

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Angela Merkellə telefonda danışıb.

Femida.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, tərəflər suriyalıların köçü məsələsi ilə yanaşı, Suriya və Liviyadakı hadisələri müzakirə ediblər.

Xatırladaq ki, Ərdoğanla Merkel sonuncu dəfə avqustun 20-də telefonla danışmış, ikitərəfli əlaqələr və regional məsələləri gündəmə gətirmişdilər.

Açar sözlər:

Oxunub: 624