Ermənistanda rus əsgər öldürüldü


19:45     11 Sentyabr 2019 19_09_11_1568215146.jpg

Ermənistanın Gümrü şəhərində yerləşən Rusiyanın 102-ci hərbi bazasında əsgər ölümü hadisəsi baş verib.

Femida.az -ın “TASS”a istinadən məlumatına görə, hərbi qulluqçunun 23 yaşı olub. Onun üzərində zorakılıq əlamətləri aşkarlanıb.

“Ölən 23 yaşlı hərbi qulluqçu Rusiyanın 102-ci hərbi bazasının əsgəridir. Onun bədənində kəsilmiş-deşilmiş izləri aşkarlanıb”, - deyə Ermənistanın İstintaq Komitəsinin məlumatında deyilir.

Faktla bağlı cinayət işi açılıb.

Açar sözlər:

Oxunub: 487