Əmisi gəlinini qaçırdığı üçün qətlə yetirilən gəncin işi üzrə ibtidai istintaq başa çatıb


19:58     11 Sentyabr 2019 1398947325_mehkeme.jpg

Qubada qohumunun arvadını qaçırdığı üçün döyülərək öldürülən Elşad Əsədovun qətlinə görə həbs edilən Şahmar Əsədov, Pərviz Əsədov, Sadıq Dadaşov, Mətləb Muradov, Zabit Yolçuyev və Nazim Mikayılovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın məlumatına görə, təqsirləndirilən şəxslər barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Mahmud Ağalarovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası yaxın günlərdə təyin olunacaq.

Qeyd edək ki, ötən il Qubanın Tülər kəndində Elşad Əsədov qohumları – Sadiq Dadaşov, Elman Muradov və Mətləb Muradov tərəfindən döyülərək öldürülüb. Hadisə qısqanclıq zəminində baş verib.

Elşad Əsədov hadisədən bir neçə gün əvvəl Sadiq Dadaşovun qızı Aynur Əsədovanı qaçırıb. Aynur Əsədova Elşad Əsədovun əmisinin gəlini olub. Bu qaçırılma olayından sonra Sadiq Dadaşov, Elman Muradov və Mətləb Muradov Elşad Əsədovu tutublar, əvvəlcə onu döyüblər, sonra videoya çəkiblər. Ağır bədən xəsarəti alan Elşad Əsədov ölüb.

Açar sözlər:

Oxunub: 252