Goranboyda iki avtomobil toqquşub


20:12     11 Sentyabr 2019 19_09_11_1568218877.jpg

Goranboy rayonunda iki avtomobil toqquşub.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Bakı-Qazax yolunun Goranboy rayonu ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan "BMW" markalı minik avtomobili "VAZ-2106" markalı maşınla toqquşub. Arxadan "VAZ-2106"ya çırpılan "BMW" toqquşmanın təsirindən idarəetmədən çıxıb və magistral yolun kənarına düşüb.

Qəza nəticəsində avtomobillərə ciddi ziyan dəyib. Avtomobildəkilərin yüngül xəsarət aldıqları bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 442