Xaçmazda fərdi yaşayış evində yanğın olub


09:00     12 Sentyabr 2019 yangin_38673636.jpg

Xaçmaz rayonunda yanğın qeydə alınıb.

Femida.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə Hacıəlibəy kəndində baş verib.

Bildirilir ki, yanğın zamanı ümumi sahəsi 160 kv/m olan ikimərtəbəli 4 otaq və aynabənddən ibarət evin ikinci mərtəbəsində aynabəndin və dam örtüyünün yanar konstruksiyaları 50 kv/m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 315