Təmir sexi içindəki maşınla birgə yandı


09:22     12 Sentyabr 2019 2019/09/3FF5A2C2-31FD-4F59-8C47-D32CED70E6F0_1568265534.jpeg

Sumqayıtda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Femida.Az-a verilən məlumata görə, Sumqayıt şəhərində ümumi sahəsi 30 m² olan avtomobil təmiri sexinin içərisində elektrik sayğacı, 5 p.m elektrik kabeli və avtomobil mühərriki yanıb. Yüksək temperaturdan sexin lambirindən ibarət tavanı 30 m² sahədə əriyib və içərisində "Mercedes" markalı minik avtomobilinin qapısı deformasiyaya uğrayıb.

Sex və avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Açar sözlər:

Oxunub: 362