Dərmandan zəhərlənib öldü


09:34     12 Sentyabr 2019 meyit.PNG

Şəkidə 45 yaşlı kişi dərman zəhərlənməsindən ölüb.

Femida.az-ın APA-ya istinadən verdiyi məlumata görə, sentyabrın 11-dən 12-nə keçən gecə rayonun Aşağı Göynük kənd sakini, 1974-cü il təvəllüdlü Habil Əsgər oğlu Abdulkərimov dərman zəhərlənməsi diaqnozu ilə Şəki Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə daxil olub.

Aparılan bütün tibbi yardımlara baxmayaraq, H.Abdulkərimov səhər saatlarında orada keçinib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 473


Oxşar xəbərlər