Bakı-Horadiz sərnişin qatarı 1 saat 10 dəqiqə ləngidi


09:57     12 Sentyabr 2019 2019/09/train_130618_1568267936.jpg

Bu gün saat 03:40 radələrində Bakı-Horadiz marşrutu ilə hərəkət edən sərnişin qatarı Osmalı-Mürsəlli mənzilində olarkən qatarda texniki nasazlıq yaranıb.

Bu barədə Femida.az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

Nasazlıq aradan qaldırıldıqdan sonra qatar təyinatı üzrə yola salınıb.

Nasazlığın səbəbləri araşdırılır.

Hadisə nəticəsində qatar 1 saat 10 dəqiqə ləngiyib.

Femida.az

Açar sözlər:

Oxunub: 553


Oxşar xəbərlər