Məhkəmədə görünməmiş jest- Bağışlayıram...


19:58     13 Noyabr 2015 235210.jpg


Femida.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə növbəti məhkəmə prosesi keçirilib.


Təqsirləndirilən şəxs Fikrət Bayramov Azərbaycan Respublikası CM-nin 178.3 maddəsi (dələduzluq) ilə ittiham olunur.

Xatırladaq ki, təqsirləndirilən şəxs Fikrət Bayramov və Şahin Fərhadov Seyid Mirişov adlı vətəndaşdan pul alaraq geri qaytarmaqdan imtina edib. Fikrət Bayramov həbs edilsə də, Şahin Fərhadov istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib.
Məhkəmə zalında maraqlı hadisə yaşanıb. Zərərçəkmiş şəxs S.Mirişov hakimi və məhkəmə işçilərini təəccübləndirən açıqlama verdi.O, qeyd edib ki, ümumi olaraq ona 12.000 pul borcudurlar.

“Onun 8.000 manatını ödəyin. Yerdə qalan 5.000 manat pulu isə bağışlayıram, sizə.” Ə.Mirişov qeyd edib ki, təqsirləndirilən şəxsin ailəsinin vəziyyətinin ağırlığını və azyaşlı uşağının olması onun bu qırara gəlməsinə səbəb olub.
Qeyd edək ki, bu qərar məhkəmə salonunda böyük sevincə səbəb oldu. Tərəflər bir-birlərinə minnətdarlıq etdikdən sonra məhkəməni tərk etdilər.

Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 5980