Mahir Emrelinin evinin qarət edilməsi faktı ilə bağlı cinayət işi başlanıb

Mahir Emrelinin evinin qarət edilməsi faktı ilə bağlı cinayət işi başlanıb


10:42     12 Sentyabr 2019 19_09_12_1568270160.jpg

Futbol üzrə Azərbaycan yığmasının və "Qarabağ"ın hücumçusu Mahir Emrelinin evinin qarət edilməsi faktı ilə bağlı cinayət işi başlanıb.



Binəqədi rayon Polis İdarəsindən Femida.az-a verilən məlumata görə, futbolçunun Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsi, döngə 20 ünvanında yerləşən evindən 20 min dollar, 17 min manat, 5 min manatlıq qızıl-zinət əşyaları və 3 ədəd “İphone” markalı telefonun oğurlanması faktı ilə bağlı Cinayət Məcəlləsinin 177.2.3-cü (oğurluq – yaşayış yerinə qanunsuz daxil olmaqla törədildikdə) və 177.2.4-cü (oğurluq – xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.

Açar sözlər:

Oxunub: 115