“Xətai” stansiyası açıldı


11:06     12 Sentyabr 2019 2019/09/xetai-1566199956_1568271648.jpg

Bakı metrosunun “Xətai” stansiyası istifadəyə verilib.


Bu barədə Femida.az-a “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. Onun sözlərinə görə, bu gün stansiyanın açılışı olub.

Qeyd edək ki, “Xətai” stansiyası ötən ilin sentyabr ayında təmirə bağlanıb. Stansiyada 50 illik istismar müddətini başa vurduqdan sonra sökülmüş 3 köhnə eskalatorun əvəzinə Almaniyanın “Thyssen Krupp” şirkətinin istehsalı olan “Victoria Tube” tipli 4 yeni eskalator quraşdırılıb. Həmçinin, stansiyada digər infrastrukturun da yenilənməsi işləri həyata keçirilib.

Femida.az

Açar sözlər:

Oxunub: 312