Binəqədidə qəza - 2 min ev qazsız qaldı


11:10     12 Sentyabr 2019 qaz1409897783.jpg

Bakının Binəqədi rayonunda avtomobil qəzası qaz xəttinin zədələnməsinə səbəb olub.


"Azəriqaz" İB-dən Femida.az-a verilən məlumata görə, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində avtomobil qəzası zamanı diametri 159 mm olan qaz xətti zədələnib və qaz sızması aşkarlanıb.

Baş verənlərin aradan qaldırılması üçün bu gün saat 10:00-dan təmir işlərinə start verilib. Təmir başa çatana qədər həmin ərazidə 2 min istehlakçının qaz verilişində fasilələr tətbiq olunacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 460