Ağcabədidə maşın aşıb, sürücü ölüb


11:34     12 Sentyabr 2019 qeza_yeni.jpg

Ağcabədidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, sentyabrın 11-də saat 11 radələrində Ağcabədi rayonunun Qaradolaq kəndi ərazisində Saatlı rayon sakini Mehdi Nəsirov idarə etdiyi “Toyota” markalı avtomobili aşırıb.

Xəstəxanaya yerləşdirilmiş sürücü orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 418