Göyçayda yataqxanada yanğın olub, 50 ailə təxliyə edilib


12:23     12 Sentyabr 2019 19_09_12_1568276705.jpg

Göyçay rayonunda beşmərtəbəli yaşayış binasında yanğın olub.

Femida.az -ın xəbərinə görə, hadisə bu gün 11:00 radələrində Göyçay şəhərinin Heydər Əliyev prospektində, Göyçay Peşə Liseyinin yataqxanasında baş verib. Yanğın beşmərtəbəli binanın 2, 3, 4 və 5-ci mərtəbələrində baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Hadisə zamanı yataqxana binasında yaşayan 33 məcburi köçkün ailəsi və 17 yerli ailə təxliyə edilib.

Yanğınsöndürənlərin operativliyi sayəsində köhnə taxta konstruksiyalı binada baş verən yanğının genişlənməsinin qarşısı alınıb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 455