Sabirabadda narkotik satan şəxs tutulub
12:41 12 Sentyabr 2019
Sabirabad sakinindən narkotik götürülüb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şirvan regional qrupundan Femida.az-a verilən xəbərə görə, daxil olmuş məlumat əsasında Sabirabad Rayon Polis Şöbəsi Qaragüney Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən, Yaxa Dəllək kənd sakini Qulyar Cahangirov saxlanılıb.
PB-nin əməkdaşları tərəfindən ona məxsus həyətyanı sahəyə baxış keçirilib, bu zaman oradan kultivasiya yolu ilə yetişdirilmiş 11 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub.
Faktla bağlı araşdırma aparılır.
Oxunub: 603
Oxşar xəbərlər
- Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb
- Sabirabadda yeniyetməni avtomobil vuraraq ağır xəsarət yetirib
- Sabirabadda yol qəzası olub, 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb
- Sabirabadda arvadını intihar həddinə çatdırmaqda təqsirləndirilən şəxsə hökm oxunub
- Sabirabadda yol qəzası olub, 1 nəfər ölüb
- Sabirabadda motosiklet avtomobillə toqquşub, xəsarət alanlar var
- Sabirabadda yol qəzasında 3 nəfər xəsarət alıb
- Sabirabadda 19 yaşlı qız intihara cəhd edib
- Sabirabadda yol qəzasında xəsarət alanlardan biri xəstəxanada ölüb
- Sabirabadda keçmiş məhkumdan narkotik və silah aşkarlanıb