125-ci maddəyə xitam verildi - Elina işində yenilik


12:44     12 Sentyabr 2019 19_09_12_1568277976.jpg

Xəbər verdiyimiz kimi, 162 saylı orta məktəbdə intihar edən, 8-ci sinif şagirdi Elina Hacıyevanın ölümü ilə bağlı təqsirləndirilən məktəbin direktoru Sevinc Abbasovanın bu gün məhkəməsi başlayıb.


Femida.az -ın "Qafqazinfo"-ya istinadən xəbərinə görə, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hazırlıq iclası baş tutub.

Hadisə ilə bağlı ilk olaraq Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılmışdı, bu maddəyə istintaq xitam verib.

Sevinc Abbasova isə günahsız olduğunu deyib: "Mənim təqsirim yoxdur".

İşin icraatına xitam verilməsi üçün vəsatət verilib. Lakin vəsatət təmin edilməyib.

Proses sentyabrın 18-də davam etdiriləcək.


Açar sözlər:

Oxunub: 343


Oxşar xəbərlər