Bakıda borclunu oğurlayıb işgəncə verən kriminal dəstənin üzvü İrəvanda medal qazanıbmış + FOTO


12:54     12 Sentyabr 2019 19_09_12_1568278575.jpg

Bakıda borclu olan şəxsi oğurlayan, işgəncə verən və pul tələb edən kriminal dəstənin üzvlərindən birinin kimliyi müəyyənləşib.


Femida.az xəbər verir ki, Oxu.Az-ın araşdırmasına görə, 1992-ci il Sumqayıt sakini Fəqan Eminoğlu cüdo millimizin sabiq üzvüdür.




O, 2009-cu ildə Ermənistanın paytaxtı Yerevanda keçirilmiş cüdo üzrə gənclərin Avropa çempionatında medal qazanan beş idmançımızdan biri olub. O, düz 10 il əvvəl (sentyabrın 11-də) həmin yarışda bürünc medal qazanıb.




Qeyd edək ki, həmin yarışda hazırda böyüklərdən ibarət cüdo millimizin üzvü olan Elmar Qasımov düşmən ölkədə qızıl medal qazanaraq Azərbaycan bayrağını qaldırıb, himnimizi səsləndirib.


Açar sözlər:

Oxunub: 1771