Almaniya parlamentinin prezidenti Bakıya gəlir


13:27     12 Sentyabr 2019 2019/09/volfqanq_oyble_1568280536.jpg

Almaniya Bundestaqının (parlament) prezidenti Volfqanq Şoyblenin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edəcək.


Femida.az-ın məlumatına görə, gələn ilin əvvəlində reallaşması nəzərdə tutulan səfərin dəqiq tarixi yaxın aylarda məlum olacaq.

Səfər zamanı V.Şoyble Bakıda bir sıra rəsmi görüşlər keçirəcək, tədbirlərə qatılacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 466