Bakıda kişini döyüb bıçaqladılar


13:29     12 Sentyabr 2019 bicaq_elbeyaxa_00.jpg

Bakıda bıçaqlanma hadisəsi baş verib.



Femida.az-ın məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində qeydə alınıb.

Şəhər sakini Vüsal Hüseynov münaqişə zəminində 36 yaşlı Əvəz Abbasovu döyüb, daha sonra isə bıçaqlayıb. Yaralı xəstəxanaya çatdırılıb.

Vüsal Hüseynov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb, onun barəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 483