MTRŞ sədri: “Əvvəlki illərə nisbətən qanun pozuntuları azalıb"
13:56 12 Sentyabr 2019
Milli Televiziya və Radio Şurasının (MTRŞ) rəsmi “Facebook" və "Twitter" səhifələri fəaliyyətə başlayıb.
Bununla bağlı Femida.az-a açıqlama verən MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirib ki, bu səhifələr zərurətdən yaradılıb: "Rəsmi sosial hesabımızın yaradılması sosial media ilə işləmək zərurətindən yaranıb. Biz də bu səbəbdən belə addım atdıq. Hesab edirəm ki, bunun ancaq xeyri ola bilər".
Televiziyalarla bağlı problemlərə münasibət bildirən N.Məhərrəmli bildirib ki, bu problem təkcə Azərbaycanda deyil, bütün dünyada var: "Bu problemləri qanunvericiliyin bizə verdiyi sərhədlər çərçivəsində həll etməyə çalışırıq. Əvvəlki illərə nisbətən qanun pozuntuları azalıb, əvvəlki tendensiya yoxdur. Bildiyiniz kimi, Azərbaycanda tamaşaçılar, əhali üçün seçim imkanları genişdir. Azərbaycanda həm dövlət, həm də özəl televiziyalar fəaliyyət göstərir. Bəzi kanallarımız var ki, bu kanallarda əhalini narahat edən şou ilə bağlı verilişlər yoxdur. Yəni, insanlarımız rahat şəkildə o kanallara baxa bilərlər. Amma şou xarakterli verilişlərə baxmaq istəyən təbəqə üçün də özəl kanallar var".
Femida.az
Oxunub: 602
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"