Deputatlar payız sessiyasına hazırlaşır - Bir sıra qanun layihələri müzakirəyə çıxarılacaq


14:08     12 Sentyabr 2019 milli-meclis.jpg

Milli Məclisin 2019-cu il payız sessiyasının qanunvericilik işlər planı məlum olub.



Femida.az-ın əldə etdiyi məlumata görə, işlər planına Azərbaycan Prezidentinin, Milli Məclis deputatlarının, Ali Məhkəmənin, Baş Prokurorluğun, Naxçıvan Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri, Azərbaycan Respublikasının dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri daxildir.

Bundan başqa, payız sessiyasında “Daxili qoşunlar haqqında”, “Reproduktiv sağlamlığın qorunması haqqında”, “Turizm haqqında”, “Hərbi qulluqçuların statusu haqqında”, “Qida təhlükəsizliyi haqqında” layihələrinin müzakirəyə çıxarılması və bir sıra qanun layihələrinə dəyişikliklərin edilməsi gözlənilir.

Qeyd edək ki, payız sessiyası sentyabrın 30-da başlayacaq, dekabrın 30-dək davam edəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 14362