Bakı və Gəncədə yaşayış binalarında yanğın olub

Bakı və Gəncədə yaşayış binalarında yanğın olub


14:25     12 Sentyabr 2019 yangin_38673636.jpg

Bakı şəhərinin Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının on yeddinci mərtəbəsində quraşdırılan elektirik lövhəsində 5 ədəd elektirik sayğacı və 3 ədəd elektirik açarı yanıb.

Femida.az Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, mənzillər yanğından mühafizə olunub.

Bundan başqa Göyçay şəhərində beşmərtəbəli yaşayış binasının ikinci və beşinci mərtəbələri boyunca eyvanlar və əşyalar 39 m² sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğınlar yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​


Femida.az

Açar sözlər:

Oxunub: 141