"Nizami" metrostansiyasında eskalatorlar yenilənəcək


14:48     12 Sentyabr 2019 eskalator.jpg

“Bakı Metropoliteni” QSC 2026-cı ildən “Nizami” stansiyasında istismar müddətini başa çatdıracaq ekskalatorları yeniləri ilə əvəzləyəcək.



Bunu Femida.az-a QSC-nin sədr müavini Hidayət Məmmədov deyib.

Onun sözlərinə görə, aparılacaq işlərlə bağlı stansiyanın istifadəsi məhdudlaşdırılacaq.

“Hazırda “Cəfər Cabbarlı” stansiyasında əsaslı təmir və yenidənqurma işləri aparılır. “Xətai” stansiyasından fərqli olaraq “Cəfər Cabbarlı”da təmir işləri stansiyanı bağlamadan aparılır. Ümumiyyətlə, bu cür təmir işləri davamlı olaraq aparılacaq, lakin böyük həcmli əsaslı təmir və yenidənqurma işlərinə 2026-cı ildən etibarən başlanacağı gözlənilir”, - deyə H. Məmmədov qeyd edib.

Femida.az

Açar sözlər:

Oxunub: 533