Gürcüstanın Azərbaycana borcu azalıb


15:13     12 Sentyabr 2019 dollarrr.jpg

Bu il sentyabrın 1-nə Gürcüstanın Azərbaycana borcu 6, 874 mln. ABŞ dolları təşkil edib.

Bu barədə Gürcüstan Maliyyə Nazirliyinin aylıq hesabatında bildirilib.

Aylıq müqayisədə qonşu ölkənin Azərbaycana borcu 395 min dollar azalıb.

Gürcüstanın ümumi xarici dövlət borcu 26 349 min artaraq 5 387 558 lariyə bərabər olub. Bu məbləğin 5 182 307 mln. dolları hökumətin payına düşüb.

Qonşu ölkənin ən çox borcu olduğu ölkələrin ilk üçlüyünə Almaniya (310, 200 mln. dollar), Fransa (232, 116 mln. dollar) və Yaponiya (220, 205 mln. dollar) daxildir.

Gürcüstanın Türkiyəyə 13, 209 mln. dollar, Rusiyaya 53, 772 mln. dollar, Ermənistana isə 7, 554 mln. dollar borcu var.

Femida.az

Açar sözlər:

Oxunub: 472