AZAL təyyarə bələdçisi vəzifəsinə qəbul elan edib

AZAL təyyarə bələdçisi vəzifəsinə qəbul elan edib


15:16     12 Sentyabr 2019 19_09_12_1568287038.jpg

"Azərbaycan Hava Yolları" aviaşirkəti (AZAL) xanımlar arasında təyyarə bələdçisi vəzifəsinə sənəd qəbulu elan edib.


AZAL-dan Femida.az-a verilən məlumata görə, sənəd qəbulu 2019-cu il sentyabrın 16-dan oktyabrın 16-dək (saat 10:00-dan 12:00-dək) aparılacaq.

Müsabiqədə yalnız 18 yaşından 30 yaşınadək, boyu 160 sm-dən az və 180 sm-dən çox olmayan, orta təhsili başa vurmuş, mütləq qaydada Azərbaycan və ingilis dillərində sərbəst danışan xanımlar iştirak edə bilər. Digər xarici dil (rus, ərəb, Çin) bilikləri arzu olunandır. Əlavə tələblərə daxildir – ünsiyyət, həmçinin bədənin görünən hissələrində döymə, çapıq və doğum ləkələrinin olmaması.

Müsabiqədə iştirak üçün aşağıdakı sənədlərin əsli və surətləri tələb olunur:

- şəxsiyyət vəsiqəsi;

- bir fotoşəkil (3x4);

- xarici pasport;

- diplom, tibbi və xarici dil sertifikatları (əgər mövcuddursa).

Bütün sənədlər qeyd olunan tarixdə Heydər Əliyev Beynəlxalq Aeroportunda AZAL-ın Personalla iş üzrə Baş İdarəsinə təqdim olunmalıdır.

Açar sözlər:

Oxunub: 189