Dairəvi Yolda qəza olub, 2 nəfər xəsarət alıb - FOTO


15:23     12 Sentyabr 2019 19_09_12_1568287417.jpg

Bakıda yol nəqliyyat hadisəsi baş verib.

Femida.az -ın məlumatına görə, hadisə Kənar Dairəvi Yolda qeydə alınıb. İdarəetməni itirən “Mercedes” markalı avtomobil dəmir arakəsmələrə çırpılıb.

Hadisə nəticəsində iki qadın xəsarət alıb. Onlar kəllə-beyin travması ilə Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.

Qəza səbəbindən yolda tıxac yaranıb.

Açar sözlər:

Oxunub: 442