Körpələrin artıq çəkili doğulması nədən xəbər verir?


18:21     12 Sentyabr 2019 19_09_12_1568290924.jpg

"Uşaqların artıq çəki ilə dünyaya gəlməsi daha çox irsi ola bilər”.


Femida.az -ın xəbərinə görə, bunu lent.az-a pediatr və endokrinoloq, Azərbaycan Tibb Universitetinin əməkdaşı Gündüz Əhmədov deyib.

Onun sözlərinə görə, ata, ana, yaxud yaxın qohumlarda çəki problemi varsa, uşaq da artıq çəki ilə dünyaya gələ bilər. Bundan başqa, hamiləliyin uzun çəkməsi, yəni dölün 42 həftədən çox ana bətnində qalması, şəkərli diabet, hipotireoz xəstəliklərindən əziyyət çəkən anadan doğulan uşaqlar artıq çəki problemi ilə dünyaya gəlir. Eyni zamanda, uşaq genetik patologiya ilə doğulduqda bəzi irsi xəstəliklər də çəki probleminə səbəb ola bilər.

Ginekoloq Rəşad Sultan isə körpələrin artıq çəki ilə dünyaya gəlməsini ananın çox yeməsi və artıq kalori qəbul etməsi ilə əlaqələndirir: "Günümüzün bəlası çox yemək, kalorili yeməklər, şirniyyatlar, qidalanma rejiminin yanlışlığıdır. Bu, artıq zərərli vərdiş hesab olunmalıdır. Günümüzü yemək stolu arxasında yox, təbiətdə gəzməklə, idmanla keçirməliyik. Yemək menyuları hamilələr üçün daha da önəmlidir. Hamilə qadın gündə 5-6 dəfə qidalanmalı, tez-tez, az-az yeməlidir.

Çörək, düyü və xəmir xörəklərindən az istifadə etmək məsləhətdir. Gündə ən azı 3 litr su içmək, tərəvəz, göyərti, ət, toyuq və balıq yeməkləri lazımdır. Hamiləlikdə şəkərli diabet və qalxanabənzər vəzi çatışmazlığı müvafiq analizlərlə araşdırılmalı, varsa, müalicə almalıdır. Hər hamilə qadın dietoloq nəzarətində olmalıdır. Dölün çəkisinin çox olmasının qarşısını alsaq, qeysəriyyə əməliyyatlarının da sayını azalda bilərik”.

Açar sözlər:

Oxunub: 505


Oxşar xəbərlər