Taksi sürücüsünə qarşı quldurluq edən qadına hökm oxunub
16:22 12 Sentyabr 2019

Bakı Ağır Cinayətlər Məhkəməsində silsilə cinayətlər törətməkdə təqsirləndirilən Samir Həşimov, Elvin Kazımov və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Femida.az -ın məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, S. Həşimov və E. Kazımov 12 il, A. Məmmədova isə 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.
Qeyd edək ki, şəhər sakini Adil Babayev Xəzər rayon Polis idarəsinə ərizə ilə müraciət edərək bildirib ki, tanımadığı üç nəfər şəxs onun idarə etdiyi avtomobilə müştəri kimi əyləşərək onları Türkan qəsəbəsinə aparmağı xahiş edib.
Həmin ünvana çatanda isə həmin şəxslər ona hücum edərək bir ədəd qızıl üzüyünü və 100 manat pulunu quldurluq yolu ilə ələ keçiriblər. Araşdırma zamanı məlum olub ki, həmin şəxslər sürücünün Bülbülə qəsəbəsində yerləşən evinin və mənzildə olan seyfin açarlarını da əldə ediblər. Bakı Şəhər Baş Polis İdarəsi, Xəzər və Xətai rayon Polis idarələri əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən quldurluq hadisəsini törətməkdə şübhəli bilinən Samir Həşimov, Elvin Kazımov və Aysel Məmmədova saxlanılıblar.
Araşdırma zamanı dəstə üzvlərinin Xətai rayonunda yerləşən vətəndaş Məhəmməd Əzizovun evinə oğurluq məqsədi ilə daxil olduqları və həmin mənzildən 5 min manat dəyərində qızıl və məişət əşyaları oğurlayaraq satdıqları məlum olub.
Oxunub: 219
Oxşar xəbərlər
- Taksi sürücüsünə qarşı quldurluq edən şəxs saxlanılıb
- Taksi sərxoş piyadanı vurdu
- Taksi sürücüsünün başsız meyiti tapıldı - FOTO
- Taksi sürücüsünü bıçaqlayıb pulunu aldılar
- Taksi sürücüsü maşını məktəblilərə çırpdı - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR
- Taksidə siqaret çəkənləri polis cərimələyəcək - FƏRMAN
- Taksi sürücüsü və sərnişinləri törətmədikləri oğurluğa görə döyüldü
- Taksi sürücüsü maşınında unudulan noutbukun sahibini axtarır - VİDEO
- Taksi sürücüsünü soyaraq qətlə yetirən şəxsə ağır cəza
- Taksi qəza törətdi - 4 sərnişin yaralandı