AŞPA prezidenti İlham Əliyevin qəbulunda - FOTO
16:33 12 Sentyabr 2019
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 12-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti xanım Lilian Mori Paskieni qəbul edib.
Femida.az xəbər verir ki, söhbət zamanı AŞPA prezidenti xanım Lilian Mori Paskienin Azərbaycanla tanışlığının, müxtəlif səviyyələrdə keçirilən görüşlərin və aparılan müzakirələrin əlaqələrimizin inkişaf etdirilməsi üçün yaxşı imkanlar yaratdığı qeyd olundu. Görüşdə bu il Avropa Şurasının təsis edilməsinin 70 illiyinin qeyd olunduğu və bu çərçivədə keçirilən tədbirlərin önəmi vurğulandı.
Söhbət zamanı Azərbaycan-Avropa Şurası əməkdaşlığının müxtəlif aspektləri geniş müzakirə edildi, Azərbaycanın Avropa Şurası çərçivəsində mövcud olan konvensiyalara qoşulması və bu istiqamətdə ölkəmizin qanunvericiliyinin uyğunlaşdırılması məsələlərinə toxunuldu. Görüşdə Azərbaycanda insan haqlarının qorunması, demokratik inkişafla bağlı məsələlər müzakirə edildi. Söhbət zamanı Avropa Şurasının gündəliyində duran və qarşılıqlı maraq doğuran məsələlərə dair ətraflı fikir mübadiləsi aparıldı.
Oxunub: 532
Oxşar xəbərlər
- AŞPA məruzəçisi Azərbycana gəlir
- AŞPA məruzəçisi Azərbaycanın humanitar addımını alqışlayıb
- AŞPA Navalnının azadlığa buraxılmasına dair qətnamə qəbul edib
- AŞPA Tofiq Yaqublu barədə qərarı alqışladı
- AŞPA-dan sərhəddəki vəziyyətlə bağlı BƏYANAT
- AŞPA prezidentinə etiraz məktubu göndərildi
- AŞPA prezidenti yeni spikerə məktub göndərdi
- AŞPA nümayəndə heyəti seçkiləri müşahidəyə başlayıb
- AŞPA-nın nümayəndə heyəti Milli Məclisdə olub
- AŞPA prezidenti Azərbaycana səfər edəcək