Azərbaycan boksçusu dünya çempionatında məğlub olub


18:38     12 Sentyabr 2019 2019/09/8d7f6548-6560-4140-9ed4-4178718dbdb3_1568291949.jpg

Boks üzrə Azərbaycan millisinin daha bir üzvü Rusiyanın Yekaterinburq şəhərində keçirilən dünya çempionatında mübarizəyə qoşulub.



Femida.az -ın məlumatına görə, 63 kq çəki dərəcəsindəki Bəxtiyar Qazıbəyov 1/32 final mərhələsində Qazaxıstan təmsilçisi Zakir Safyullinlə üz-üzə gəlib. 0:5 (28:29, 28:29, 26:30, 26:30, 28:29) hesabı ilə məğlub olan Qazıbəyov mundialla vidalaşıb.

Qeyd edək ki, dünya çempionatının əvvəlki günlərində rinqə çıxan Tayfur Əliyev (57 kq) və Amin Kuşkov (75 kq) 1/16 finala yüksəlib.

Açar sözlər:

Oxunub: 624