Azərbaycanda dəhşətli qəza: 5 nəfər yaralandı (VİDEO)


17:00     12 Sentyabr 2019 19_09_12_1568293297.jpg

Ötən gün günorta saatlarında Xaçmazda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin baş vermə anının görüntüsü ortaya çıxıb.



Femida.az xəbər verir ki, Xaçmaz rayonu Nərəcan kəndi ərazisində "VAZ-21015" markalı avtomobillə "QAZel" markalı yük avtomaşını toqquşub.

Hadisə anı yaxınlıqdakı obyektlərdən birinin müşahidə kamerasına tuş gəlib.


Qeyd edək ki, qəzada Siyəzən rayon sakinləri - 1963-cü il təvvəllüdlü Axundov Tofik Məmmədrza oğlu, 1988-ci il təvvəllüdlü Axundova Raziyyə Beybut qızı, 2014-cü il təvvəllüdlü Axundova Nuray Mahir qızı, 2017-cü il təvvəllüdlü Axundova Nilay Mahir qızı və Xaçmaz rayon Bostançı kənd sakini, 1999-cu il təvəllüdlü Beybutov Allahverdi Beybut oğlu xəsarət alıb.


Açar sözlər: #qəza   #video  

Oxunub: 1129