Başqa kişi ilə nikahda olan qadın uşağa görə keçmiş ərindən aliment tələb edə bilərmi?
17:28 12 Sentyabr 2019
Qadın ərindən boşandıqdan sonra başqa kişi ilə rəsmi nikah bağlayır. Onun keçmiş ərindən uşağı var. Bu zaman qadın həmin uşağa görə keçmiş ərindən aliment tələb edə bilərmi?
Mövzu ilə bağlı vəkil Vüsal Səfərova müraciət etdik.
Vəkil bildirib ki, istənilən halda keçmiş ər uşağa görə qadına aliment verməlidir:
"Qadın məhkəməyə müraciət edərək keçmiş ərinin aliment ödəməsini tələb edə bilər".
Onun sözlərinə görə, qadının rəsmi nikahda olması amili keçmiş ərin ödəyəcəyi alimentin miqdarına təsir edə bilməz: "Ümumiyyətlə, Bakıda məhkəmələr adətən alimentin miqdarını 160 manat səviyyəsində müəyyən edirlər. Rayonlarda bu rəqəm yaşayış səviyyəsinin aşağı olmasına görə aşağı ola bilər".
V.Səfərov qeyd edib ki, alimenti ödəyən tərəf qadının ikinci ərinin işlədiyini əsas gətirərək məhkəməyə müraciət etməklə alimentin ödənişini dayandıra bilməz: "Qadının ikinci ərinin işləyib-işləməməsinin alimentin ödənişi məsələsinə heç bir aidiyyəti yoxdur. Uşağı saxlamaq və aliment vermək atanın borcu sayılır".
Vəkil keçmiş ər tərəfindən alimentin ödənişinin yalnız bir halda dayandırıla biləcəyini diqqətə çatdırıb: "Əgər qadının yeni nikaha girdiyi şəxs keçmiş ərin uşağını övladlığa götürərsə, o zaman alimentin ödənişi dayandırılır".
e-huquq.az
Oxunub: 15770
Oxşar xəbərlər
- Başqa dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan vətəndaşları bu məsuliyyətdən azad olundu
- Başqasının yerinə imtahana girənlərlə bağlı - Konstitusiya Məhkəməsinin iclasından VİDEO
- Başqasının yerinə imtahan vermək istəyənlər cəzalandırılacaq - XƏBƏRDARLIQ
- Başqa şəxsdən düşən pulqabını götürüb qaytarmayan şəxs saxlanıldı
- Başqasının əvəzinə imtahan vermək istəyənlərin cinayət işindən SON XƏBƏR
- Başqasının yerinə imtahana girənləri və buna şərait yaradanları - HANSI CƏZA GÖZLƏYİR?
- Başqasının yerinə imtahan vermək istəyənlər barəsində CİNAYƏT İŞİ AÇILDI
- Başqalarının evində yaşayan köçkünlərə ev veriləcək
- Başqa adla Azərbaycana keçmək istədilər - Sərhəddə FIRILDAQ