Əlilliyi olan şəxslərlə bağlı komissiyalar yaradılacaq
19:40 12 Sentyabr 2019
Azərbaycanda əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçiriləcək.
Femida.az xəbər verir ki, bu barədə Baş nazir Novruz Məmmədovun “Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi barədə imzaladığı Qərarda qeyd olunub.
Bildirilib ki, qurum monitorinqi nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti, nazirliyin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi və strukturuna daxil olan digər qurumlar vasitəsilə aparacaq.
Bundan əlavə, Azərbaycanda əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi məqsədilə nazirliyin əməkdaşlarından ibarət daimi fəaliyyət göstərən komissiyalar yaradılacaq. Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin nəticələrindən asılı olaraq komissiyanın tərkibində zərurət yarandıqda müvafiq mütəxəssislər, qeyri-hökumət təşkilatlarının nümayəndələri, o cümlədən ekspertlərdən ibarət yardımçı işçi qrup yaradıla biləcək. Yardımçı işçi qrupun üzvləri ictimai əsaslarla fəaliyyət göstərəcək. Əlilliyi olan şəxslər və onları təmsil edən ixtisaslaşmış qeyri-hökumət təşkilatları əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqi prosesində iştirak edə biləcəklər.
Qərara əsasən, əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin keçirilməsinin məqsədi bu sahədə dövlət siyasətinin həyata keçirilməsinin cari vəziyyətinin öyrənilməsi, çatışmazlıqların və həyata keçiriləcək dövlət siyasəti istiqamətlərinin və tədbirlərin müəyyən edilməsidir.
Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqi müyəssərlik, inklüzivlik, əlilliyə görə ayrı-seçkilik, ağlabatan uyğunlaşma istiqamətlərində aparılacaq. Monitorinq planlı (növbəti) və plandankənar (növbədənkənar) qaydada həyata keçiriləcək. Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin aparılması məqsədləri üçün binalara, tikililərə və avadanlıqlara baxış keçiriləcək və ictimai sorğular aparılacaq. Yaradılmış komissiya əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi üçün müvafiq sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə sorğu vermək və məlumatlar almaq hüququna malikdir.
Əlilliyi olan şəxslərin hüquqları sahəsində həyata keçirilən dövlət monitorinqinin nəticələri əsasında komissiya tərəfindən hesabat tərtib olunacaq. Tərtib olunmuş hesabat komissiya tərəfindən müvafiq tədbirlərin görülməsi üçün nazirliyə təqdim ediləcək. Hesabat əsasında hər hansı bir dəyişiklik aparılmasına ehtiyac yarandığı təqdirdə nazirlik tərəfindən təkliflər hazırlanaraq ictimaiyyətin rəy və təklifləri nəzərə alınmaqla, həmçinin aidiyyəti dövlət orqanları ilə razılaşdırılmaqla, müvafiq qərar qəbul olunması üçün Nazirlər Kabinetinə təqdim ediləcək.
Femida.az
Oxunub: 518
Oxşar xəbərlər
- Əlilliyin qiymətləndirilməsi qaydasında hansı yeni dəyişikliklər var?
- Əlilliyi olan bəzi şəxslər avtomobili nömrəsiz idarə edir - DYP
- Əlilliyi olan şəxslərlə bağlı qanuna dəyişiklik edildi
- Əlilliyin qiymətləndirilməsinin yeni meyarları məlum olub
- Əlilliyin müəyyən olunması üzrə yeni MEYARLAR
- Əlilliyi olan şəxslər TƏBİB-in binası qarşısında etiraz edib
- Əlilliyi olan şəxslərin əmək hüquqlarını pozan işəgötürənlər 500 manatadək cərimələnəcək
- Əlilliyi olan şəxslərin hüquqlarını pozanlar cərimələnəcək
- Əlilliyin qiymətləndirilməsi qaydaları ilə bağlı yeniliklər açıqlandı
- Əlilliyin müəyyən edilməsi qaydaları açıqlanıb