Mingəçevirdə QƏZA - Xəsarət alan var

Mingəçevirdə QƏZA - Xəsarət alan var


20:56     12 Sentyabr 2019 qeza_yeni.jpg

Mingəçevir şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Hadisə bu saatlarda şəhərin Heydər Əliyev prospektində qazdoldurma məntəqəsi yaxınlığında baş verib.

Belə ki “VAZ 2103” və “VAZ 2107” markalı minik maşınları toqquşub. Qəza nəticəsində ciddi bədən xəsarətləri alan 1950-ci il təvəllüdlü Həsənov Elman Vəliş oğlu xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 225