Balakəndə it azyaşlının dodağını dişləyib


09:02     13 Sentyabr 2019 it_dislemesi_455.jpg

Sentyabrın 12-i axşam saatlarında Balakən rayonunun Talalar kənd sakini, 2015-ci il təvəllüdlü Onur Abdulla oğlu Abdullayev it dişləməsi xəsarəti ilə rayon xəstəxanasına daxil olub.

Tibb müəssisəsindən Femida.az-a bildirilib ki, 5 yaşlı O.Abdullayevə yaşadığı ünvanda saxlanılan it hucum edib. İt O.Abdullayevin üst dodağından dişləyərək xəsarət yetirib. O.Abdullayevə lazımı tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 289