Bakıda qadın ərini polisə şikayət etdi - Evdən pul oğurladığına görə


09:05     13 Sentyabr 2019 polis.jpg

Bakı sakini ərinin ondan oğurluq etməsi ilə bağlı polisə müraciət edib

Femida.az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda baş verib.

Belə ki, Nəsimi küçəsində yerləşən mənzildə yaşayan 1969-cu il təvəllüdlü İstifa İsmayılova Nizami Rayon Polis İdarəsinə şikayət edib ki, əri İmran İsmayılov ona məxsus dolabdan 1500 manat pul oğurlayıb.

Faktla bağlı İ.İsmayılov məsuliyyətə cəlb edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 359